CƏLBEDİCİ
REBUS ALƏMİNƏ
XOŞ GƏLDİN!
REBUSTA OYUNUNUN
ARTAN ÇƏTİNLİKLƏ DÜZÜLMÜŞ
BÜTÜN MƏRHƏLƏLƏRİNDƏN KEÇ
VƏ REBUS HƏLLİNDƏ
USTALIĞA NAİL OL!
OYUNU YÜKLƏ
Rebus fiqurlar, işarələr və rəsmlər vasitəsilə düzəldilən bir tapmacadır.
Bu tapmacaların həlli təkcə maraqlı deyil, həm də olduqca faydalı bir vaxtkeçirmədir, çünki o:
- məntiqi düşüncəni inkişaf etdirir

- qeyri-standart qavrayış formalaşdırır

- yaddaşı möhkəmləndirir

- bilik və söz ehtiyatını artırır

Rebus nədir?
QARA rəngli BAŞAQ
K hərfini xatırladan BRA (divarüstü lampa)
BOZ rəngli UX hərfləri
QARABAŞAQ
BRAK
BOZUX
Rebusları necə həll etməli?
Şəkildə gördüyün hər bir şeyə diqqət yetir. Əşyalar, hərflər, işarələr, onların rəngi, forması, ölçüsü, sayı, yerləşməsi və digər xüsusiyyətləri – hamısı cavabın tapılmasında rol oynaya bilər.
QARPIZ
QARP, I, Z hərfləri
ROMB formalı paxlavanın üzərində T hərfi ilə düzlənmiş fındıq
FİL şahmat fiquru, TR hərfləri
BİLL (Qeyts) adlı tanınmış şəxsiyyət və İON hissəciyi
TROMB
FİLTR
BİLLİON
QİYMƏT
T hərfini xatırladan qaba yığılmış QİYMƏ

Bu yolda sənə kömək edəcək ünsürlər bunlardır:

Torpaq
Cavabdakı hərflərin sayını göstərməklə sənə dayaq olur
Su
Cavabdakı hərflərin sayını və onun bir hərfini göstərərək yanlış cavab variantlarını yuyub aparır
Yel
Cavab üçün lazımsız hərfləri klaviaturadan sovurub yox edir
Od
Sehri yandıraraq cavabı tam şəkildə göstərir
Rebus-tapmacanın cavabı sənə nabələd gələrsə, onun mənasını hər an BİLDİLÇİN Universal Elektron Lüğəti vasitəsilə öyrənə bilərsən
OYUNU MOBİL TELEFONUNA YÜKLƏ

© Bütün hüquqlar "Kibrit.Tech" şirkəti tərəfindən qorunur
BİZİ İZLƏ